Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Əsgəri öldürən sabiq polis hakim qarşısına çıxarılır

Baxılıb: 579     Tarix: 01-04-2022 12:45   

Bakıda Daxili Qoşunların əsgərini maşınla vuraraq öldürən sabiq polislə bağlı istintaq yekunlaşıb.
Qanunvehedef.az xəbər verir ki, qəzanı törədən keçmiş polis serjantı Vaqif Novruzovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Səbuhi Hüseynovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası aprelin 11-ə təyin olunub.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında Sabunçu rayonunda baş verib. V.Novruzov “Toyota” markalı avtomobillə idarəetməni itirərək yolun kənarında dayanmış DQ-nin əsgəri Rövşən Alxasovu vurub. Sonuncu xəstəxanaya yerləşdirilsə də, orada vəfat edib.
V.Novruzov saxlanılıb Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaaydalarını pozma) maddəsi ilə mühakimə olunacaq.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar