Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“E-manat”dan 32 000 oğurlayıb ev kirayələdilər

Baxılıb: 205     Tarix: 04-04-2022 09:49   

Göyçay şəhərində yerləşən mağazaların birindən oğurluq edilib.
DİN-in Mətbuat xidmətindən Qanunvehedef.az-a verilən məlumata görə, gecə saatlarında obyektə daxil olan naməlum şəxslər orada quraşdırılan “E-manat” ödəmə terminalının kassasını sındıraraq içərisində olan 32 000 manat pulu, eləcə də mağazadakı tütün məmulatlarını və pulu oğurlayaraq hadisə yerindən yayınıblar.
Cinayət əməlini törədən rayon sakinləri - Nizam Nuruyev, Süleyman Nuriyev və Kamran Hüseynli tutularaq istintaqa təqdim ediliblər. Saxlanılan şəxslər əməllərini etiraf edib və oğurladıqları pulun müəyyən hissəsi onlardan maddi sübut kimi götürülüb.
Araşdırma zamanı məlum olub ki, oğurluğu əvvəlcədən planlaşdıran gənclər niyyətlərini həyata keçirdikdən sonra əldə etdikləri pulu öz aralarında bölüblər və daha sonra birlikdə Bakı şəhərinə gedərək orada özlərinə ev kirayələyiblər. Onlar əldə etdikləri pulun bir hissəsini paytaxtda əyləncələrinə xərcləyiblər, həmçinin saxlanılanlardan Nizam Nuruyev ona düşən pulun 4 min manatına özünə motosiklet də alıb.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir



шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar