Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Qaydasız döyüşçünün qətlinin təfərrüatı - “Diz çöküb üzr istə...”

Baxılıb: 320     Tarix: 04-04-2022 15:32   

Ötən ilin iyununda Bakıda qaydasız döyüşçü Murtuz Murtuzlunu qətlə yetirən 21 yaşlı Məhəmməd Məhəmmədliyə hökm oxunub.
Qanunvehedef.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, “Maqa” ləqəbi ilə tanınan M.Məhəmmədli 12 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Araşdırmalar zamanı məlum olub ki, qətl qız üstündə baş verib. Belə ki, Məhəmməd qonşuluqda yaşayan qızın Raul adlı şəxslə sevgili olmasını öyrənib və sosial şəbəkədə qıza yazıb. Səhifənin parolu qızın sevgilisində olduğu üçün mesaja da o cavab verib. Raul Məhəmmədə nəyə görə qıza yazdığını soruşub. Tərəflər məsələni aydınlaşdırmaq üçün görüş təyin ediblər.
Raul görüşə bir neçə dostunu, eləcə də qaydasız döyüşlə məşğul olan tanışı 23 yaşlı Murtuz Murtuzlunu da gətirib. Söhbət zamanı Murtuz Məhəmmədin qıza yazdığı mesaja görə Rauldan diz çöküb üzr istəməsini tələb edib. Bu zaman Məhəmməd üzərindəki bıçaqla Murtuza bir neçə zərbə endirib. Ağır xəsarət alan M.Murtuzlu xəstəxanaya çatdırılsa da, kəskin qanitirmədən vəfat edib.

шаблоны для dle 11.2