Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Qanunsuz balıq ovlayanlar cəzalandırıldı

Baxılıb: 263     Tarix: 06-04-2022 11:18   

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin  Bakı və Sumqayıt şəhərləri akvatoriyasında və Mingəçevir su anbarında balıq ovlayan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov Qanunvehedef.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Sumqayıt şəhər sakini Oleq Baluyev, Yevlax rayon sakini  Şükür Əzizov, Samux rayon sakini Cəbrayıl İlyasov və Qax rayon sakini Vüqar Məmmədov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
B.Məhəmmədov onu da qeyd edib ki, ayrı-ayrı inzibati rayonların ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 1562 metr uzunluğunda sintetik tor yığışdırılıb.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar