Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Polis “Kubinka” və “Papanin”də əməliyyat keçirdi - Video

Baxılıb: 589     Tarix: 25-04-2022 16:14   

Bakıda narkokuryerlərə və qanunsuz silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib.
DİN-in Mətbuat Xidmətindən Qanunvehedef.az-a bildirilib ki, əməliyyatlar zamanı 14 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 4 kiloqram narkotik və “Naqan” markalı tapança və patronlar aşkar olunub.
Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının “Kubinka”, “Papanin” və digər ərazilərində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərdən külli miqdarda heroin, metmfetamin və elektron tərəzilər aşkar edilib.  Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslərin hər biri narkotik vasitələri “İnstagram”da tanış olduqları xaricdə yaşayan narkotacirlərdən onlayn yolla əldə ediblər. Onlar maddi qazanc müqabilində paytaxt ərazisində həmin narkotacirlərin narkokuryerlik təklifi ilə razılaşıblar. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslərdən bəziləri yaşadıqları evlərdə narkotik vasitə istifadəçiləri üçün tiryəkxana da təşkil ediblər.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Barələrində həbs qətimkan tədbiri seçilib. Narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.





шаблоны для dle 11.2