Şirkət rəhbəri məhkəmə zalında həbs edildi
Baxılıb: 215 Tarix: 29-04-2022 09:53
“Kranpartner” MMC-nin baş direktoru Emil Paşayev həbs edilib.
Qanunvehedef.az-ın əldə etdiyi məlumata görə, ötən il iyunun 19-da Xaçmaz rayonunda yerləşən “Xaçmaz Yaşayış Kompleksi”ndə işləyən 1994-cü il təvəllüdlü Kamran Cəfərovun krandan yıxılaraq ölməsi faktına görə şirkət rəhbəri cəzalandırılıb.
O, Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalındaca həbs edilib. Həmçinin 41 yaşlı E.Paşayev azadlığın məhdudlaşdırılması ilə bağlı cəzadan sonra 2 il müddətə “tikinti quraşdırma və tikinti təhülkəsizlik sahəsində rəhbər və maddi-məsul” vəzifə tutma hüququndan məhrum edilib.
Qeyd edək ki, prokurorluğun yaydığı ilkin məlumatda Emil Paşayev barəsində Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işinin başlanıldığı bildirilib. Lakin sonradan prokurorluq cinayət işini 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ölümlə nəticələndikdə) maddəsinə tövsif edib.
“Kranpartner” şirkəti kranların quraşdırılması, onlara texniki xidmətin göstərilməsi kimi fəaliyyətlərlə məşğul olur.
Ən çox oxunanlar
Son xəbərlər