Xəbər lenti
04/11/2025 [13:30]
Sabah leysan yağacaq
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Ötən ay Sabunçuda narkotikə görə 63 nəfər saxlanılıb - Video

Baxılıb: 336     Tarix: 06-05-2022 12:44   

Sabunçu Rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən aprel ayı ərzində Bakıxanov, Balaxanı, Maştağa, Zabrat qəsəbələri, həmçinin digər ərazilərdə keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 63 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Saxlanılan şəxslərdən 31-i barəsində məhkəmə tərəfindən həbs, 32-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.
Onlardan ümumilikdə 5 kiloqram heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunub.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslərdən bəziləri rayon ərazisində yaşadıqları evlərdə narkotik vasitə istifadəçiləri üçün tiryəkxanalar təşkil ediblər.
Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.



Qanunvehedef.azшаблоны для dle 11.2