Xəbər lenti
04/11/2025 [13:30]
Sabah leysan yağacaq
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Sabina Katanovanın 130 min manatını mənimsəyən vəkil HƏBS EDİLDİ

Baxılıb: 250     Tarix: 19-05-2022 14:18   
 Azərbaycanda tanınmış vəkil həbs edilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzluqda ittiham olunur.
O, bir neçə vətəndaşın etimadından istifadə edərək, onlara qarşı külli miqdarda dələduzluq edib. Zərərçəkənlərə dəymiş ziyanın məbləği 200 min manatdan artıqdır.
Vüqar Səfərlinin əməlindən ən çox zərər çəkən isə tanınmış bloqer Sabina Katanovadır. Ona 130 min manatdan çox zərər vurulduğu bildirilir.
V.Səfərli barəsində məhkəmənin qərarı ilə üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Lent.az-a açıqlamasında bildirib ki, V.Səfərli əvvəllər kollegiyanın üzvü olub.
Onun sözlərinə görə, V.Səfərli bir müddət əvvəl kollegiyadan uzaqlaşdırılıb.

Qanunvehedef.azшаблоны для dle 11.2