Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Salyan sakini küçədə həmyerlisini öldürdü

Baxılıb: 459     Tarix: 24-05-2022 09:13   

Salyanda 52 yaşlı kişi yolu keçərkən hücuma məruz qalıb.
Rayon prokurorluğundan Qanunvehedef.az-a verilən məlumata görə, mayın 24-də rayon ərazisində 1970-ci il təvəllüdlü Natiq Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla rayon sakini 1991-ci il təvəllüdlü İnsanağa Əsgərovun küçədə yolu piyada keçən Natiq Əhmədova yaxınlaşaraq kəsici-deşici alətlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. İnsanağa Əsgərov şübhəli şəxs qismində tutulub, istintaq tədbirləri davam etdirilir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar