Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Obyektdən oğurluq edərkən tutuldu - Video

Baxılıb: 434     Tarix: 27-05-2022 15:12   

Nəsimi rayonunda yerləşən obyektlərdən birinin mis naqillərini kəsərək oğurlayan şəxs mühafizə polisləri tərəfindən saxlanılıb.
Qanunvehedef.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, xüsusi texniki vasitələrlə qorunan obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə operativ reaksiya göstərilib. Əraziyə gələn polislər obyektə baxış keçirən zaman bir nəfərin elektrik naqillərini kəsərək oğurlayıb qaçmasının şahidi olublar. Polislər hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Asif Əbdürrəhmanovu saxlayaraq ərazi üzrə 19-cu Polis Şöbəsinə təhvil veriblər.
Faktla bağlı araşdırmalar davam etdirilir. Həmin şəxsin paytaxt ərazisində digər analoji cinayətlər törədib-törətmədiyi araşdırmaların yekunundan sonra məlum olacaq.
Qeyd edilib ki, bu ilin 5 ayı ərzində Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində mühafizə olunan müxtəlif obyektlərdən ümumilikdə 8 oğurluğa cəhd edilib. Bu cəhdlərin qarşısı idarənin əməkdaşları tərəfindən alınıb. Həmin hadisələr üzrə və ümumən ictimai asayışı pozan 12 nəfər saxlanılaraq ərazi üzrə polis şöbə və bölmələrinə təhvil verilib.
Bundan başqa, hesabat dövründə Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində 1 nəfərin intihar etmək cəhdinin qarşısı alınıb.



шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar