Xəbər lenti
04/11/2025 [13:30]
Sabah leysan yağacaq
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanıldı, narkotik çəkdiyi üzə çıxdı

Baxılıb: 243     Tarix: 30-05-2022 15:13   

 Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.
DİN-in Mətbuat Xidmətdən Qanunvehedef.az-a verilən məlumata görə, bir neçə gün öncə “Volkswagen” markalı nəqliyyat vasitəsinin sürücüsü, rayon sakini Hamlet Adıgözəlov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisi əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb. Yoxlama zamanı sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından o, müvafiq tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən H.Adıgözəlovun marixuana istifadə edib, avtomobil idarə etdiyi məlum olub.
Özü ilə bərabər digər hərəkət iştirakçıları üçün də təhlükə yaradan həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

шаблоны для dle 11.2