Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Qubada kişi evinə gələn müdirini öldürüb

Baxılıb: 452     Tarix: 08-06-2022 09:26   

İyunun 3-də saat 23 radələrində Qubada törədilmiş qətlin bəzi detalları üzə çıxıb.
Qanunvehedef.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən 1968-ci il təvəllüdlü Kərim Baxışov qətlə yetirdiyi 1963-cü il təvəllüdlü Eldar Hacıyevin təsərrüfatında işləyirmiş.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, qətl qısqanclıq zəminində törədilib. Belə ki, K.Baxışov gecə saatlarında evinə gələn müdiri ilə mübahisə edib. Qısqanclıq zəminində baş verən mübahisə münaqişəyə çevrilib və 54 yaşlı kişi 59 yaşlı iş adamını bıçaqlayaraq öldürüb.
Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Kərim Baxışov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar