Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Xızıda kişi arvadını işgəncə verərək öldürdü

Baxılıb: 446     Tarix: 08-06-2022 10:18   

Xızı rayonunda qətl törədilib.
Qanunvehedef.az-ın məlumatına görə, bir neçə gün əvvəl rayonun Yeni Yaşma qəsəbəsində 1963-cü il təvəllüdlü Əbülfət Əliyev həyat yoldaşı, 1971-ci il təvəllüdlü Bahar Mustafayevaya baş nahiyəsindən küt alətlə dəfələrlə ağır zərbələr endirib. Qadın Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıb. Lakin tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və B.Mustafayeva ötən gün vəfat edib.
İlkin araşdırmalar zamanı məlum olub ki, arvadını qətlə yetirən şəxs ruhi-əsəb xəstəsidir. O, Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında qeydiyyatdadır və orada müalicə alıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar