Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Nişanlı cütlüyün öldüyü hadisə ilə bağlı cinayət işi açıldı

Baxılıb: 551     Tarix: 17-06-2022 10:08   

Xəbər verdiyimiz kimi, iyunun 12-si  gecə saatlarında Şəkidə toya hazırlaşan nişanlı cütlük qəzaya uğrayıb. “Mersedes” markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü 1990-cı il təvəllüdlü İbrahim Ağalarov hadisə yerində həlak olub. Nişanlısı 1995-ci il təvəllüdlü Günel Göyüşova isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, dünən isə Şəki Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.
Qanunvehedef.az xəbər verir ki, baş vermiş ağır yol qəzası ilə bağlı DİN-in İnstintaq və Təhqiqat Baş İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə açılmış iş 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş açılıb, araşdırmalar aparılır.
Qeyd edək ki, cütlüyün iyun ayının 19-u Baləkən rayonunda toyları olacaqdı. Onlar Balakənin Qullar kəndində yanaşı dəfn ediliblər.
Nişanlısından 3 gün sonra vəfat edən Günel Göyüşova AMEA-nın İnformasiya Texnologiyaları İnstitunun əməkdaşı olub. O, həmin institutun 12 saylı şöbəsində mütəxəssis vəzifəsində çalışırmış.






Ən çox oxunanlar
{sape_links}{sape_article}