Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Rusiyalı siyasətçinin Bakıda qəfil ölümü ilə bağlı araşdırma başladı

Baxılıb: 412     Tarix: 20-06-2022 09:53   

Rusiya Federasiyasının ilk Prezidenti Boris Yeltsinin müttəfiqi, keçmiş dövlət katibi Gennadi Burbulisin Bakıda hansı hoteldə vəfat etməsi məlum olub.
Qanunvehedef.az-ın əldə etdiyi məlumata görə, hadisə Səbail rayonu, Neftçilər prospektində yerləşən “Four Seasons” hotelində baş verib. Belə ki, saat 17:00 radələrində hoteldə qonaq olan 1945-ci il təvəllüdlü Burbulis Gennadi Eduardoviçin halı qəfil pisləşib, dərhal təcili tibbi yardıma müraciət edilsə də, o, vəfat edib.
G.Burbulisin ölüm faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində araşdırmalara başlanılıb.
Qeyd edək ki, Burbulisin sözçüsü Andrey Markov “İnterfaks”a bildirib ki, RSFSR-in keçmiş dövlət katibi xəstə olmayıb: “Özünü yaxşı hiss edirdi və IX Qlobal Bakı Forumunda yenicə iştirak edib”.
G.Burbulis Boris Yeltsinin Prezidentliyinin əvvəlində ən yaxın silahdaşlarından biri olub. 1991-1992-ci illərdə dövlət katibi və Rusiya Baş nazirinin birinci müavini vəzifələrində çalışıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar