Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Keçmiş YAP-çı xanım hakim qarşısına çıxarıldı

Baxılıb: 498     Tarix: 21-06-2022 15:43   

Yeni Azərbaycan Partiyası Gənclər təşkilatının eks-sədr müavini, Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyevaya qarşı başladılmış cinayət işi üzrə istintaq tamamlanıb.
Qanunvehedef.az xəbər verir ki, bu gün, o, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. Hakim Rasim Sadıxov jurnalistləri açıq məhkəmə iclasına buraxmayıb.
İlkin məlumata görə, iclasda ittiham aktı elan olunub. Məlum olub ki, Aytac Əliyeva və bacısı İlknur Turkut aldatma yolu ilə bir neçə nəfərin əmlakını ələ keçirib. Onlar özlərini qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan geniş əlaqələrə sahib şəxslər kimi təqdim ediblər. Zərərçəkmişləri qızıl alverindən yaxşı gəlir götürəcəklərinə inandırıb pullarını alıblar. İttihama görə, bacılar 9 nəfərə qarşı 1 milyon manata yaxın dələduzluq ediblər. Onlar özlərini təqsirli bilmədiklərini deyiblər.
Proses iyulun 5-də davam etdiriləcək.
Qeyd edək ki, Aytac Əliyeva və bacısı İlknur Əliyeva Bakı Şəhər Baş Polis İdarəsində aparılan təhqiqat zamanı həbs edilib. A.Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə təqsirləndirilir. Bacısı İlknur Turkut isə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. Onlar hər ikisi həbsdədir.
Aytac Əliyeva YAP Binəqədi rayon təşkilatının Qadınlar şurasının sədri olub. Sentyabr ayında keçirilən seçkilərdə şura ləğv edildiyi üçün A.Əliyeva bu vəzifəsini itirib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar