Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Məktəb direktoru dərman içəndən sonra bacısına zəng vurubmuş

Baxılıb: 741     Tarix: 23-06-2022 10:31   

Dünən Gəncədə məktəb direktorunun intihara cəhd etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Qanunvehedef.az-ın əldə etdiyi məlumata görə, İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru, 1960-cı il təvəllüdlü Mətanət Qarayeva Üçtəpə qəsəbəsində yerləşən evində tək olarkən intihar məqsədilə 14 ədəd dərman həbi içib.
Daha sonra vəziyyətinin ağırlaşdığını görərək bacısına zəng edib. Dərhal M.Qarayevanın evinə gələn bacısı onun huşsuz halda qaldığını görüb və təcili tibbi yardım maşını ilə M.Qarayeva Göygöldəki xəstəxanaya çatdırılıb.
Hazırda onun vəziyyətinin orta-ağır olduğu və həkim nəzarətində saxlanıldığı bildirilir. Hələlik M.Qarayevanı dindirmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar