Dini təriqətə qoşulub Pakistanda döyüşən azərbaycanlıya hökm oxundu
Baxılıb: 482 Tarix: 23-06-2022 12:09
Pakistanda dini təriqətə qoşularaq qanunsuz silahlı birləşmələrdə iştirak edən azərbaycanlı həbs edilib.
Qanunvehedef.az xəbər verir ki, 1970-ci il təvəllüdlü Vüsal Qasımov 1999-cu ildə ibadətə başladıqdan sonra özünə “Abdulqafur” ləqəbi götürüb. 2001-ci ildə qanunsuz silahlı dəstələrə qoşulmaq məqsədilə Gürcüstana gedib. 2002-ci ildə Azərbaycana qayıdıb. Buna görə 3 il həbs həyatı yaşayıb. 2009-cu ildə tanışı “Əbdül Malik”lə görüşən zaman Pakistanda islam torpaqları uğrunda din qardaşlarının döyüşdüyünü eşidib. “Əbdül Malik” ona “kafirlər”ə qarşı vuruşduqlarını bildirib. Pakistana gedərək onlara köməklik göstərməyi təklif edib. V.Qasımov bu dəfə də Pakistana gedərək döyüşlərə qatılıb
Pakistanda olan zaman Vüsala “Kalaşnikov” avtomatı verilib və döyüşlərdə iştirak edib. Vüsal Qasımov 2010-cu ildə Azərbaycana qayıdıb. Bir müddət burada qaldıqdan sonra iş tapmadığına və daimi yaşamağa evinin olmadığına görə 2012-ci ildə həyat yoldaşı və övladları ilə birlikdə yenidən Pakistana gedib. Lakin 1 il sonra yenə də Azərbaycana qayıdıb.
2022-ci ci ilin əvvəlində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməyə görə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Pakistan qanunvericiliyinə görə, qeyri-qanuni təşkilatlara qoşulan şəxslər 6 ay müddətə azadlıqdan məhrum edilir. Azərbaycan qanunvericiliyinə görə isə məhkəmələrin təyin etdiyi cəza cinayətin törədildiyi xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz.
Ən çox oxunanlar
Son xəbərlər