Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

65 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə bəraət verildi

Baxılıb: 579     Tarix: 01-07-2022 13:53   

Bakıda 65 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə bəraət verilib.
Qanunvehedef.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Əkbərovun sədrliyi, Amil Ağalının katibliyi ilə keçirilən iclasda Ceyhun Hüseynovun Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair yekun məhkəmə aktı qəbul olunub.
İttihama görə, təqsirləndirilən şəxs tanışına 2020-ci ildə avtomobil alqı-satqısı ilə məşğul olduğunu, “Muğan Bank”da işləyən “Ruslan” adlı dostu vasitəsilə həmin bankın balansında olan hərraca çtxarılacaq avtomobillərlə bağlı biznes quracağını vəd verib.
O, həmin bankda depozit hesabında külli miqdarda pul olduğu halda qabaqcadan ucuz qiymətə avtomobil alacağına, yenidən satışa çıxarıb gəlir əldə edəcəyinə inandırıb. Bu məqsədlə ondan 65 min manat alıb. Hər avtomobilə görə 1000 manat qazanc verəcəyinə dair yalan vəd verib.
C.Hüseynovun vəkili Vasif İsrafilov məhkəmədə bildirib ki, müvəkkili əslində Məlahət Məmmədovadan sələmə, yəni faizlə 30 min manat alıb: “2013-cü ildə faizlər hesablanmaqla 56000 manatlıq borc müqaviləsi bağlanıb. Daha sonra borcunu qaytara bilmədiyi üçün Məlahət Məmmədova məhkəməyə müraciət edib. Məhkəmə Ceyhun Hüseynov barəsində 15 gün inzibati həbs qərarı verib. Ceyhun həbsdən çıxdıqdan sonra Məlahət, qardaşı və atası onun barəsində Qaradağ RPİ-yə müraciət edərək Ceyhunun onlardan 9000 manat borca pul aldığını qeyd ediblər. Ceyhun Hüseynovun tanışı olan Lalə Həsənova adlı qadın bir neçə şəxsdən pul götürərək qaytarmayıb və həmin şəxslərə pulu C.Hüseynova verməsini bildirib. Məlahət Məmmədova onun şikayət etməsini bildikdən sonra, bu fürsətdən yararlanaraq özü də Ceyhundan şikayət edib. İstintaq zamanı müəyyən olunub ki, Ceyhun Hüseynov Lalə Həsənova adlı qadının pul aldığı şəxsləri tanımır, həmin şəxslər də Ceyhunu tanımır, həmin şəxslər pulu Lalə Həsənovaya veriblər. Bu xüsusatlar nəzərə alınmaqla, Ceyhun Hüseynov barəsində bəraət hökmü çıxarılmasını xahiş edirəm”.
Hakim Məhəmməd Əkbərovun hökmü ilə Ceyhun Hüseynov barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalında həbsdən azad edilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar