Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Rüşvətə görə saxlanılan məmur hakim qarşısına çıxarılır

Baxılıb: 566     Tarix: 21-07-2022 09:56   

Korrupsiya ittihamı ilə saxlanılan Göyçay İcra Hakimiyyətinin şəhər üzrı nümayəndəsi Rəşad Şükürovla bağlı istintaq tamamlanıb.
Qanunvehedef.az xəbər verir ki, onun barəsindəki cinayət işi üzrə materiallar toplanaraq Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Nahid Mirzəyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, R.Şükürov Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən bu ilin aprelində saxlanılmışdı. O mayda ev dustaqlığına buraxılmışdı.
İş üzrə toplanmış sübutlar əsasında Rəşad Şükürova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, rayonun icra başçısı Mehdi Səlimzadə də bir müddət əvvəl işdən çıxarılıb. Daha sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qurumda yoxlamalara başlanılıb. Bir neçə vəzifəli şəxs dindirilib. Başçının köməkçisi Vahid İsayev də həbs edilib və daha sonra ev dustaqlığına buraxılıb.шаблоны для dle 11.2