Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Şirvanda kişi arvadını öldürüb, baldızını yaraladı

Baxılıb: 661     Tarix: 29-07-2022 09:00   

Sabirabad sakini həyat yoldaşını qətlə yetirib, baldızını isə yaralayıb.
Qanunvehedef.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri Xəqani küçəsi 11-də yerləşən mənzillərdən birində baş verib.
Həmin ünvanda kirayə yaşayan Sabirabad rayonunun Qarağac kənd sakini, 1992-ci il təvəllüdlü Qəmbərov Kəmaləddin Rasəddin oğlu, həyat yoldaşı - Sabirabad rayonunun Beşdəli kənd sakini, 1994-cü il təvəllüdlü Qəmbərova Cəmilə Yaqut qızını bıçaqla qətlə yetirib.
Qəmbərov Kəmaləddin daha sonra baldızı Məcidova Sevinc Yaqut qızına ayağından xəsarət yetirərək hadisə yerindən qaçıb.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində K.Qəmbərov saxlanılıb. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar