Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Həbs edilən sayt rəhbərinin cəza müddəti azaldıldı

Baxılıb: 472     Tarix: 30-07-2022 11:51   

Hədə-qorxu ilə pul tələb etdiyi üçün həbs edilən sayt rəhbəri Asəf Novruzov və həmin saytın əməkdaşı Məhsud Səfərovun cəzası yüngülləşdirilib.
Qanunvehedef.az xəbər verir ki, 5 ay öncə Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökm Bakı Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilib.
Hər iki şəxsin cəza müddəti 7 ildən 5 ilə endirilib.
Qeyd edək ki, “cia.az” informasiya portalının rəhbəri Asəf Novruzov həmin saytın əməkdaşı Məhsud Səfərovla əlbir olaraq ayrı-ayrı dövlət qurumları, müəssisə və təşkilatların rəhbər vəzifəli şəxsləri barəsində həqiqəti əks etdirməyən, rüsvayedici, işgüzar imicə xələl gətirə biləcək məlumatları dərc edəcəkləri ilə hədələyərək onlardan hədə-qorxu ilə pul almalarına əsaslı şübhələr müəyyən edilib.
Onlar Cinayət Məcəlləsinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham edilib.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar