Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Yarım milyon dollarlıq narkotiklə tutuldular

Baxılıb: 656     Tarix: 05-12-2022 12:05   

Şəmkirdə narkokuryerlərə qarşı əməliyyat keçirilib.
Qanunvehedef.az xəbər verir ki, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən İrandan qeyri-qanuni yolla Şəmkirə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryerlər saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri Elşad İbrahimov və Nurəddin Hüseynov rayon ərazisində gizlədilən narkotik vasitəni 12000 manat pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin Gürcüstanla sərhəd rayonlarına aparmağa razılaşıblar. Həmin şəxslər saxlanılaraq Polis Şöbəsinə gətirilən zaman əllərindəki qara rəngli çantadan qara bazarda təqribi qiyməti yarım milyon ABŞ dollarına (850 min manat) yaxın olan 8 kq 122 qram heroin, 2 kq 297 qram tiryək, 111 qram psixotrop maddə olan metamfetamin və 300 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
İstintaq-əməliyyat tədbirləri nəticəsində E. İbrahimovun daha əvvəllər də iranlı vətəndaşla cinayət əlaqəsinə girərək kiçik həcmdə narkotik transferi etməsi məlum olub. Faktla bağlı araşdırmalar davam etdirilir.




шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar