Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Vilyam Hacıyevin 5 milyonluq əmlakı ilə bağlı yekun qərar

Baxılıb: 603     Tarix: 24-05-2023 12:58   

İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin kasasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Qanunvehedef.az xəbər verir ki, onun müsadirə olunmuş əmlaklarının qaytarılması ilə bağlı etdiyi müraciətə sonuncu instansiya olan Ali Məhkəmədə baxılıb.
Qərara əsasən, əvvəlki instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. Bununla da sabiq icra başçısının 5 milyon 344 min manatlıq əmlakının müsadirəsi və dövlət nəfinə keçirilməsi ilə bağlı bütün məhkəmə prosesləri bitmiş olub.
Xatırladaq ki, Vilyam Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığında ittiham olunub. O, 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Sabiq başçının xidməti otağı və yaşadığı ünvanlardan mənimsənilmiş pulların məbləğlərinə dair qeydlər və qablaşdırılaraq saxlanılan vəsaitlər aşkar edilib. O, məhkəmədə həmin pulların ailəsindən miras qaldığını bildirib. Sabiq məmur 12 il müddətə azadlıqdan məhrum edilib.

шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar