Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bakıda kafedə dava: Ər-arvad və gənc oğlan bıçaqlanıblar

Baxılıb: 605     Tarix: 30-05-2023 13:13   

Bakıda kafedə dava düşüb, ər-arvad və gənc oğlan bıçaqlanıb.
Qanunvehedef.az report-a istinadən xəbər verir ki, hadisə mayın 28-də Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, döngə 1-də yerləşən adsız kafedə qeydə alınıb.
Belə ki, kafedə müştəri qismində olan Ağacabədi rayon sakini, 1998-ci il təvəllüdlü Quliyev Elxan Elşən oğlu aralarında baş vermiş mübahisə zamanı digər masada əyləşən Cəbrayıl rayon sakini, 1972-ci il təvəllüdlü Səfərov Səməndər Zəxara oğluna, həyat yoldaşı, Q.Səfərovana və S.Səfərovun bacısı oğlu, 2003-cü il təvəllüdlü Məmmədli İlkin Elşən oğluna bıçaq xəsarətləri yetirib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, E.Quliyev şübhəli şəxs qismində saxlanılıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar