Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

123 min manat ələ keçirən sayt rəhbərinə hökm oxundu

Baxılıb: 758     Tarix: 12-06-2023 15:02   

Dələduzluqda ittiham olunan sayt rəhbəri Etibar Toğrulun (Əliyev) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Qanunvehedef.az “Qafqazinfo” istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda ona hökm oxunub.
Hökmə əsasən Etibar Toğrul 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Etibar Toğrul zərərçəkmiş şəxslərdən birinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işə düzələcəyi, digərlərinə isə işğaldan azad olunmuş ərazilərdə iş qurmalarına kömək edəcəyi barədə yalan vəd verərək, ümumilikdə 123 min manat pul ələ keçirib.
Sayt rəhbərinə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci ( dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Etibar Toğrul kimi "Xəbər var" qəzetində baş redaktor, "Vetenperverler.az" saytında redaktor kimi fəaliyyət göstərib. O, həmçinin "XeberBiz.com" və "Tehsilxeber.com" xəbər portallarının rəhbəridir.

Qanunvehedef.az



{sape_links}{sape_article}