Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İlkin Süleymanovun etirafının ikinci hissəsi yayımlanıb - VİDEO

Baxılıb: 564     Tarix: 14-06-2023 11:15   

Sosial şəbəkədə Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun etiraf görüntülərinin ikinci hissəsi yayımlanıb.
Qanunvehedef.az xəbər verir ki, 2020-ci il 10 yanvar tarixinə aid görüntüdə İlkin Süleymanov istintaq prosesinə uyğun olaraq törətdiyi cinayətin izahatını verir.
İlkin Süleymanov Nərmini saxladığı otağı, yandırarkən istifadə etdiyi yanacağın, daşın və torbanın yerini göstərib.
O, Nərmin Quliyeva ilə cinsi əlaqədə olmadığını desə də, onu qızı kimi öpdüyünü deyib.
İlkin Nərmində 6 yanvarda həyat əlamətlərinin olmadığını və öldüyünü bildirib. Amma heç bir ehtimal saxlamamaq üçün Nərminin başına daşla zərbə endirib.
İlkin Süleymanovun qardaşı Adil Süleymanov onun işgəncəyə məruz qaldığı üçün belə izahat verməsini iddia edir. Sosial şəbəkədə bir qrup insan Adil Süleymanovun dediklərini təsdiqləsə də bir qrup insan işgəncə görən insanın cinayəti bu qədər təfərrüatlı təsvir edə bilməyəcəyinə inanır.
Qeyd edək ki, İlkin Süleymanov 18 il azadlıqdan məhrum edilib.



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar