Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Polisdən narkotik ƏMƏLİYYATI: Saxlanılanlar arasında qadın var

Baxılıb: 492     Tarix: 02-08-2023 11:23   

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin və psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sonxeber.az-a verilən məlumata görə, keçirilən əməliyyat tədbiri nəticəsində N.Yusifova və Tərlan Pirverdiyev şübhəli şəxs qismində saxlanılıb.
Şəxsi axtarış zamanı qadından metadon həbi aşkar edilərək götürülüb.
O, ifadəsində həmin psixotrop tərkibli dərmanı Tərlan Piverdiyevin ona saxlamaq məqsədilə verdiyini bildirib.
Keçirilən digər əməliyyat zamanı isə İsmayıllı şəhər sakini Dilqəm İsrayılov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı saxlanılan şəxsdən qurudulmuş marixuana aşkar olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar