Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Tərtərdə rayonunda İtkin düşən yeniyetmənin asılmış meyiti tapıldı

Baxılıb: 1 013     Tarix: 17-08-2023 13:56   

Tərtərdə itkin düşən 16 yaşlı oğlanın meyiti tapılıb.
Atayev Vidadi Samir oğlunun meyiti Mamırlı kəndində, qonşularının həyətindəki qoz ağacından asılmış vəziyyətdə aşkarlanıb.
Yeniyetmənin orta məktəb təhsilini yarımçıq qoyaraq 9-cu sinifdən çıxdığı, avtomobil təmiri yerində usta köməkçisi işlədiyi bildirilib.
Kənd sakinlərinin sözlərinə görə, mərhumun içki aludəçiliyi olub. Qeyd edilib ki, yeniyetmə, anasının pis vərdişi ilə bağlı ona çoxsaylı iradlarından sonra intihar edib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Atayev Vidadi Samir oğlunun itkin düşməsi barədə məlumat Tərtər Rayon Polis şöbəsinə 16 avqustda daxil olub.

Əbdülqəni Hüseynov



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar