Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Qəbələdə narkotikin təsiri altında avtomobil sürən şəxs həbs edildi

Baxılıb: 607     Tarix: 29-08-2023 15:09   
 
Qəbələdə narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən  məlumata görə, Ağdaş rayon sakini Nurlan Səmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə qaydaları pozduğu üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Sürücülük hüququ olmadan avtonəqliyyat vasitəsi idarə edən həmin şəxsin narkotik vasitənin təsiri altında olmasına dair şübhə yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin də nəticəsinə əsasən sürücünün marixuanadan istifadə etdiyi sübuta yetirilib.
N.Səmədov barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 10 sutka inzibati qaydada həbs edilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar