Xəbər lenti
Arxiv
«    Декабрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Nemət Kərimlini təhqir edən jurnalistə bu cəza verildi

Baxılıb: 834     Tarix: 17-12-2025 10:37   

Sosial şəbəkədə vəkil Nemət Kərimli və onun yaxınlarının ünvanına təhqiramiz ifadələr yazan jurnalist İmamət İsmayılovanın məhkəməsi keçirilib.

Qanunvehedef.az xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində onun barəsində xüsusi ittiham qaydasındakı şikayətə baxılıb.

Müəyyən edilib ki, 31 yaşlı İ.İsmayılova “Facebook” sosial şəbəkəsində “Söz soxmaq üzrə mütəxəssis”, “Çekist xanım”, “Tülkügöz” və digər saxta istifadəçi adlar, profil və hesablar yaradıb. O bu hesablarda kütləvi nümayiş etdirməklə vəkil Nemət Kərimli və onun qohumlarının ünvanına təhqirlər yazıb.

Həmçinin məlum olub ki, onunla vəkil arasında reallıqda heç bir mübahisə və ya münaqişə baş verməyib. İ.İsmayılova başqa şəxslərdən eşitdiyi hansısa informasiya əsasında belə addım atdığını deyib.

Bundan başqa qeyd edilib ki, jurnalist bu ilin iyul ayında da oxşar əməllərə görə 6 aylıq həbs edilib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə İ.İsmayılovaya bu dəfə 4 ay həbs cəzası verilib. Onun vaxtı başa çatmamış cəzası ilə yeni cəzası birləşdirilərək qəti olaraq 8 ay həbsə məhkum edilib.

Qeyd edək ki, İ.İsmayılova daha əvvəl bir sıra saytlarda jurnalist kimi çalışıb.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar