Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Emin Əmrullayev türkiyəli rektorlarla görüşdü - Fotolar

Baxılıb: 100166     Tarix: 19-12-2025 15:22   

Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illik yubiley tədbiri çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyənin aparıcı ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.

Qanunvehedef.az xəbər verir ki, görüşdə İstanbul Universitetinin rektoru Osman Bülent Zülfikar, Qazi Universitetinin rektoru Uğur Ünal, Yıldız Teknik Universitetinin prorektoru Hüseyn Yılmaz və digər nümayəndələr iştirak ediblər.

Tərəflər arasında aparılan müzakirələrdə iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları, birgə layihələr, tələbə və müəllim mübadiləsi, həmçinin ali təhsil sahəsində mövcud inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

E.Əmrullayev görüş zamanı Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə yeni təşəbbüslərin reallaşdırılmasının hər iki ölkənin ali təhsil sisteminə töhfə verəcəyini bildirib.

Türkiyənin ali təhsil müəssisələrinin rəhbərləri də öz növbələrində Azərbaycanla təhsil sahəsində əməkdaşlığın mövcud səviyyəsindən məmnunluqlarını ifadə edərək qarşılıqlı səfərlərin və birgə təşəbbüslərin artırılmasının əhəmiyyətini qeyd ediblər.



Qəni Hüseynov







{sape_links}{sape_article}