Xəbər lenti
Arxiv
«    Декабрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Əvəzolunmaz Əvəz: MMA üzrə 17 yaşlı dördqat respublika çempionunun gələcəyi böyük perspektiv vəd edir

Baxılıb: 1168     Tarix: 19-12-2025 12:45   

 

Azərbaycan qədim idman ənələrinə malikdir. İdmandan danışanda ilk növbədə yadımıza güləş düşür. Güləş idmanın ən qədim növlərindən biridir. Qobustan qayalarının üzərində olan rəsmlər Azərbaycanda hələ qədim zamanlarda güləşlə məşğul olunduğunu göstərir. Tarixi kökü olan güləş idman növü Azərbaycanda heç vaxt ənənəsini itirməyib.


Beynəlxalq miqyasda qazandığımız ilk medallar da məhz güləşçilərimizin adı ilə bağlıdır. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və bu tanınmada güləşçilərimizin uğurları, beynəlxalq arenalarda əldə etdikləri nəticələrin böyük rolu var. Bundan əlavə, Azərbaycan güləş məktəbinin yetirmələri təkcə sırf güləş üzrə deyil, güləş elementlərinin tətbiq olunduğu başqa əlbəyaxa döyüş növlərində də uğurla çıxış edirlər. Gələcəyi böyük perspektiv vəd edən gənc idmançılarımızdan biri də haqqında söz açdığımız 17 yaşlı Əvəz Mustafayevdir.


Mustafayev Əvəz İmran oğlu 30 iyul 2008-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Bakı şəhər 39 saylı tam orta məktəbi bitirmişdir.


Əvəz uşaq yaşlarından sərbəst güləşlə məşğul olmuş və güləş üzrə bir çox turnirlərdə mükafatlar qazanmışdır. O, 13 yaşında qarışıq idman növü olan MMA ilə məşğul olmağa başlamışdır. MMA idman növü üzrə bir neçə turnirdə çempion olmuşdur. İlk Respublika turnirimdə — 23 dekabr 2023-cü il tarixində 14–15 yaşlı idmançılar arasında 66 kq çəki kateqoriyasında MMA növləri üzrə 1-ci yerə layiq görülmüşdür.


Növbəti Respublika turnirində — 18 iyun 2025-ci il tarixində 16–17 yaşlı iştirakçılar arasında 83 kq çəki kateqoriyasında çempion olmuşdur. Daha sonra 20 noyabr tarixində 16–17 yaşlılar arasında keçirilən yarışda 83 kq çəki kateqoriyasında Pankration növü üzrə çempion olub. Həmin gün MMA turnirində də eyni yaş və çəki kateqoriyasında bir daha çempionluq qazanmışdır.


Bundan başqa, Grappling güləşi üzrə 8 iyun tarixində 83 kq çəki kateqoriyasında çempion olmuşdur. Son Respublika turnirində isə 16–17 yaşlılar arasında 84 kq çəki kateqoriyasında Grappling idman növü üzrə çempionluq qazanmışdır.


Əvəzin hələlik son döyüşü Legion Döyüş Liqasının prezidenti Xəyal Abdullayev tərəfindən təşkil olunan MMA turnirində baş tutmuş və 16–17 yaşlılar arasında 83 kq çəki kateqoriyasında çempion olmuşdur. Bu idman növündə Əvəzin ilk müəllimi Orxan Hacıyev olmuşdur. Hal-hazırda məşqçiləri Heydər Məmmədəliyev və İbrahim Məmmədəliyevdir. Hazırda məşq etdiyi zal “Məmmədəliyev Fight School”-dur. İlk məşq etdiyi zal isə “Orxan” İdman Klubu olmuşdur.


İnanırıq ki, Əvəz Mustafayev bundan sonra həm respublika miqyaslı, həm də beynəlxalq müstəvidə nüfuzlu yarışlarda uğurlarının sırasını artıracaq, ölkəmizin idman şöhrətini ucaldacaqdır.





“Qanun və Hədəf”

 





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar