Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Saakaşvili Ukraynanın parçalanacağından danışıb - Növbəti dəfə...

Baxılıb: 1 326     Tarix: 11-06-2020 08:16   

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili tezliklə Ukraynanın parçalancağı təhlükəsi barədə bəyan edib. O, Ukraynanın islahatlar üzrə Milli Şurasına başçılıq edir. 
«Ukrayna 24» telekanalının efirindəki çıxışı zaman ölkənin baş islahatçısı qeyd edib ki, bütün bölgələrdə mərkəzdənqaçma qüvvələrinin güclənməsi səbəbilə, Ukrayna parçalanmaq astanasındadır.
Bu zaman Saakaşvili qeyd edib ki, Ukraynanın dövlət olaraq, siyasi xəritədən silinməsinin qarşısını almağın yolunu bilir. Sən demə, bunun üçün ölkədə operativ islahatlar aparmaq lazımdır. Aydındır ki, məhz onun özünün rəhbərliyi altında.
«Biz deyəndə ki, ölkə parçalana bilər - bəli, əgər sürətli dəyişikliklər etməsək, real işlər görməsək, ölkə yox ola bilər. Gəlin, özümüzü adatmayaq - cənubda, şərqdə, uzaq qərbdə və şimalda mərkəzdənqaçma qüvvələri çox güclənib» - deyə, siyasətçi bəyan edib.
Xatırladaq ki, eyni xəbərdarlığı Saakaşvili artıq cari ilin feralında da bir dəfə səsləndirib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar