Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Adil Əliyev bu vəzifəsindən getdi

Baxılıb: 821     Tarix: 10-09-2020 12:12   

Azərbaycan Kikboksinq Federasiyasında rəhbər dəyişikliyi olub.
Qanunvehedef.az xəbər verir ki, bu barədə federasiyanın prezidenti, Milli Məclisin sədr müavini Adil Əliyev məlumat yayıb.
O bildirib ki, sentyabrın 7-də federasiyanın İdarə Heyətinin onlayn iclası keçirilib:
“İdarə Heyətinin qərarına əsasən Orxan Əliyev Azərbaycan Kikboksinq Federasiyasının prezidenti seçildi. İnanıram ki, Orxan Əliyev federasiyanın əvvəlki uğurlarını davam etdirəcək və effektiv fəaliyyət göstərərək daha böyük uğurlara imza atacaq.
Azərbaycan Kikboksinq Federasiyası ölkədə və beynəlxalq arenada stabil və inkişaf etmiş idman birliyi kimi qəbul olunur. Sıralarında minlərlə idmançını birləşdirir. Federasiyada ölkəmiz üçün sağlam və vətənpərvər gənclər yetişir”.
Qeyd edək ki, Adil Əliyev federasiya prezidentliyindən istefa versə də, İdarə Heyəti onu fəxri prezident seçib.
“Məni fəxri prezident seçdikləri üçün İdarə Heyətinin üzvlərinə öz təşəkkürümü bildirirəm”, - Adil Əliyev qeyd edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar