Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ələkbərovun şirkəti Rusiyanın “ən nəhəngi” oldu

Baxılıb: 782     Tarix: 17-09-2020 11:21   

“Forbes” jurnalı Rusiyanın ən böyük özəl şirkətlərinin reytinqini açıqlayıb.
Qanunvehedef.az xəbər verir ki, reytinqə “Lukoil” şirkəti başçılıq edir. Vahid Ələkbərova məxsus olan şirkətin ötənilki qazancı 7.841 trilyon rubl təşkil edib.
Siyahının ikinci pilləsində 1.814 trilyon rubl gəlirlə “Surqutneftqaz” şirkəti qərarlaşıb. “Pyatyoroçka”, “Perekryostok” və “Karusel” şəbəkələrinə rəhbərlik edən X5 Retail Group şirkəti üçüncü sırada yer alıb. Şirkətin ötənilki qazancı 1.734 trilyon olub.
Rusiyanın ən böyük pərakəndə satış mağazalarından olan “Maqnit” 1.369 trilyon rubl gəlirlə dördüncü olub. İlk beşliyi 932.3 milyard rubl qazanc ilə “Tatneft” şirkəti tamamlayıb.
Növbəti sıralarda müvafiq olaraq, “Novatek”, “Norilsk nikel”, “Eyraz”, “Meqapolis”, və “Novolipetsk Metallurgiya” şirkətləri yer alıblar.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar