Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

İlham Əliyev dövlətimizin yeni tarixini yazır

Baxılıb: 672     Tarix: 06-10-2020 09:01   

Azərbaycan xalqı uzun müddət danışıqlara inanıb. Diplomatik üsullara sadiq olub. Beynəlxalq birliyə etibar edib. Ancaq BMT Təhlükəsizlik Şurasının qətnamələri 27 ildir kağız üzərindədir. Bu gün isə Azərbaycan xalqının inandığı tək şəxs Ali Baş Komandan İlham Əliyevdir və onun torpaqları hərb yolu ilə qaytarmaq əzmidir.
Bu sözləri Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin Azərbaycan xalqına 4 oktyabr tarixli müraciəti haqqında danışarkən deyib. Politoloqun sözlərinə görə, Prezidentin çıxışı Azərbaycan tarixinə qızıl hərflərlə düşdü:
“Ölkə başçısının müraciəti, hər bir vətəndaş kimi, məni də çox qürurlandırdı. Düşünürəm ki, bu çıxışı ilə Prezident İlham Əliyev Azərbaycan xalqının qəlbində əbədi taxt qurdu.
Prezident bir daha açıq və aydın şəkildə bildirdi ki, Azərbaycan işğalçı ölkə deyil. Azərbaycanın gözü heç vaxt başqa bir ölkənin torpağında olmayıb. Azərbaycan yalnız tarixən ona məxsus olan torpaqların geri qaytarılmasını istəyir. Əslində, onun bu sözlərində çatdırmaq istədiyi əsas fikir bu gün işğalçı ilə işğala məruz qalanın eyniləşdirilməməsidir. Təəssüf ki, bu gün Azərbaycana atəşkəs çağırışı edən qüvvələr bunu vaxtında Ermənistana etməli idi. Ermənistan uzun illərdir Azərbaycanın 20 faiz torpağını işğal edib. Bununla belə dünya dövlətləri bu haqsızlığa səssiz qalmaqda idi. Bu mənada bu gün də heç kəsin Azərbaycana nəyi necə etməli olduğunu deməyə haqqı yoxdur.
Digər tərəfdən, Prezident elan etdi ki, mənasız danışıqlar bitdi. Aparılan danışıqlar və onun formatı faktiki olaraq münaqişənin dondurulmasına xidmət edib. Danışıqlar prosesinin yaxın tarixinə baxdıqda görə bilərik ki, Azərbaycanın sülhpərvər təkliflərinə Ermənistan hər zaman təcavüzkar əməllər ilə cavab verir. Bu gün danışıqlar prosesinin davam etdirilməsi yalnız Ermənistana sərf edir. Rəsmi İrəvan bu yolla sadəcə statusu saxlamaq istəyir. Azərbaycan isə bununla heç bir halda barışa bilməz”.
Politoloqun sözlərinə görə, Azərbaycan xalqı yeni bir tarix yazır:
“Cəbrayıl şəhərinin və Cəbrayılın bəzi kəndlərinin işğaldan azad edilməsi Azərbaycan xalqının yeni bir tarix yazmasının göstəricisidir. Qəhrəman Azərbaycan əsgəri Cəbrayıl rayonu və işğal olunmuş digər ərazilərin azad edərkən arxa cəbhədə "Hər şey vətən üçün, hər şey ordumuz üçün" deyən bir xalq var. Ali Baş Komandan bu gün öz dövlətinin yeni tarixini yazır. Bu günlərdə tarixi ədalət bərpa olunur”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar