Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Hikmət Hacıyev: "Azərbaycan Ordusu Xankəndində yalnız hərbi obyektləri bombalayır"

Baxılıb: 692     Tarix: 07-10-2020 10:54   

2020-ci il oktyabrın 5-də Kanadanın "The Globe and Mail" qəzetində Mark Makkinnonun müəllifliyi ilə "Ermənistan və Azərbaycan Dağlıq Qarabağ uğrunda döyüşlərə başlayır" başlıqlı məqalə dərc edilib.
Qanunvehedef.az xəbər verir ki, məqalədə Prezidentin köməkçisi Hikmət Hacıyevin fikirlərinə yer verilib.
Müsahibə zamanı Gəncəyə hücumların Ermənistan ərazisindən həyata keçirildiyini qeyd edən H.Hacıyev Dağlıq Qarabağın hüdudlarından kənarda münaqişənin zonasının genişlənməsi təhlükəsinin olduğunu xüsusilə vurğulayıb. Eyni zamanda, Azərbaycanın su anbarı və elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərinin də hədəfə alındığını bildirib.
Müsahibə zamanı H.Hacıyev Ermənistanın öz ərazilərindən Azərbaycanın mülki vətəndaşlarına hücum etməsinin münaqişəyə əlavə daha təhlükəli bir ölçü əlavə etdiyini vurğulayıb.
H.Hacıyev "Atəşkəs çağırışı, həmçinin Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair [çağırış] ciddi bir mesajla, ciddi bir siyasi mesajla müşayiət olunmalıdır" deyə qeyd edib.
Eyni zamanda, o, Azərbaycan hərbçilərinin Xankəndi və onun ətrafındakı yalnız hərbi obyektləri hədəf aldığını bildirib.шаблоны для dle 11.2



Buy yes2win pbn google seo ranking