Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Azad olunan rayonlarımızın sakinləri Prezidentə yazdı

Baxılıb: 636     Tarix: 23-10-2020 11:18   

Müzəffər Azərbaycan Ordusunun cəbhədəki uğurlu əməliyyatları, torpaqlarımızın ard-arda işğaldan azad edilməsi vətəndaşlarımızda, xaricdə yaşayan soydaşlarımızda, eləcə də qardaş Türkiyədə və digər ölkələrdə yaşayan azərbaycansevərlərdə böyük sevinc hissi yaradıb. Onlar dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə yazdıqları məktublarda bu sevinc hisslərini ifadə edirlər.
Qanunvehedef.az Prezidentin saytına istinadən həmin məktubların daha bir neçəsini təqdim edir:
Türkiyənin Ankara şəhərindəki qazilər dövlətimizin başçısına yazırlar:
“Möhtərəm cənab Prezident, biz Türkiyə üçün hər zaman xainlərə, separatçı qüvvələrə qarşı mübarizə aparan qazilərik. Bu məktubu yazdığımız vaxtda Sizin, Azərbaycan dövlətinin şanlı ordusunun və xalqınızın tarixin ən böyük qəhrəmanlıq dastanlarından birini yazdığınızı görürük. Bu qəhrəmanlıq eposunun yazılmasında hər zaman Sizinlə olduğumuzu bildiririk. Azərbaycan tək deyil, türk dövləti və milləti həmişə olduğu kimi, yenə də Azərbaycanın yanındadır. Biz Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü hədəf alan hər cür cəhd və təxribatına qarşıyıq. Qarabağın işğalının sona çatması üçün Vətən müharibəsini və Azərbaycanın milli mübarizəsini bütün gücümüzlə dəstəklədiyimizi bəyan edirik. Böyük türk milləti, o cümlədən biz qazilər Sizin rəhbərliyinizlə işğalçı Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin hər bir qələbəsini böyük sevinc və həvəslə qarşılayırıq. Əminik ki, gələcək nəsil türk dünyasının ortaq coğrafiyasını, mədəni, mənəvi dəyərlərinin yaşadılmasını, ümumi tarixi və mədəni dəyərləri qoruyacaq. Bir daha Vətən bildiyimiz Azərbaycanın haqq mübarizəsində yanınızda olmaq üçün hər an Azərbaycana gəlməyə hazır olduğumuzu bildirir, şəhid ailələrinə başsağlığı diləyir, yaralı Azərbaycan qazilərinə şəfa diləyirik”.
Moskva şəhərindən Tarix Verdiyev və Yaqut Verdiyeva yazırlar:
“Cənab Ali Baş Komandan, hörmətli İlham Heydər oğlu, Moskvada yaşayan biz azərbaycanlılar ordumuzun qələbələrinə sevinir, dinc insanlarımızın həlak olmasına çox kədərlənirik.
Cənab Ali Baş Komandan, mən vaxtilə tank qoşunlarında xidmət etmişəm. Əmr etsəniz, istənilən vaxt Vətənimizə qayıdıb tarixi torpaqlarımızın işğalçılardan azad edilməsi uğrunda döyüşməyə hazırıq. Bizim işimiz haqq işidir! Vətən hər şeydən ucadır!”.
Minsk şəhərindən Tatyana Laputskaya və Oruc Orucov yazırlar:
“Cənab Prezidentimiz, Belarusdan Orucovlar – Laputskilər ailəsi Sizi salamlayır. Sizin komandanlığınız altında Azərbaycan əsgərlərinin işğalçı erməni terrorçuları üzərində qazandığı qələbələrlə qürur duyuruq. Qarabağ həmişə Azərbaycanın olub və əsrlər boyu da Azərbaycanın olacaq. Azərbaycandan gələn hər bir şad xəbəri uzaq Belarusda səbirsizliklə gözləyir, diqqətlə izləyirik. Haqq-ədalətin zəfərinə Sizinlə, Azərbaycan xalqı ilə birlikdə sevinirik. Ordumuzun qələbələrinə görə Sizin sevinc və qürur hissiniz sanki televiziya ekranından bizlərə də sirayət edir. Allah Sizə güc-qüvvət versin ki, Azərbaycan xalqının mənafeyi naminə müdrik siyasətinizi bundan sonra da davam etdirə biləsiniz. Allah Sizi qorusun!”.
Rusiyanın Tümen vilayətindən Füzuli Burcuyev:
“Möhtərəm cənab Prezident, Rusiya Federasiyasının Tümen vilayətinin çoxminlik Azərbaycan diasporu adından və şəxsən öz adımdan Sizə dərin ehtiramımızı bildiririk, Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına tam dəstəyimizi ifadə edirik. Sizin ətrafınızda birləşərək daxili və xarici siyasətinizi dəstəkləyən, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün cəsarətlə mübarizə aparan şanlı Azərbaycan Ordusuna hərtərəfli dəstək verən bütün Azərbaycan xalqının ruh və güc birliyindən qürur və sevinc hissi keçiririk. Ölkədə müxtəlif sahələrdə Sizin rəhbərliyinizlə həyata keçirilən islahatlar sayəsində Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası yüksək səviyyəyə çatdırılmışdır ki, Sizin Ali Baş Komandan kimi qarşınıza qoyduğunuz bütün vəzifələrin uğurla yerinə yetirilməsindən əminliklə danışmağa imkan verir. Biz, Tümen vilayətinin Azərbaycan diasporunun nümayəndələri olaraq, Azərbaycanın atəş altında olan kəndləri və şəhərlərinin mülki əhalisinin, eləcə də silahlı qüvvələrinin şəxsi heyəti ailələrinin ehtiyacları üçün dərman, qida, zəruri ehtiyaclar şəklində lazımi humanitar yardım göstərməyə mütləq hazır olduğumuzu bildiririk”.
Tatarıstandan Ramiz Məmmədovun məktubunda deyilir:
“Hörmətli cənab Prezident, Ali Baş Komandan olaraq Sizin qətiyyətli addımlarınız sayəsində Azərbaycanın hərb tarixinə yeni səhifələr yazılır. Məhz buna görə də hazırda dünya azərbaycanlıları çox qürurlu anlar yaşayırlar. Bu sevinci və fərəhi bizlərə bəxş etdiyiniz üçün Tatarıstanda yaşayan soydaşlarımız adından Sizə minnətdarlığımızı bildiririk. Bizlər hər zaman xalqımızla nəfəs alırıq, ürəyimiz Vətənlə döyünür. Sizin “Qarabağ Azərbaycandır!” şüarınızı rəhbər tutaraq, Qarabağ həqiqətlərini Tatarıstanda qürurla təbliğ edirik. Erməni terrorçularına qarşı mübarizədə iştirak etməyə hər an hazır dayanmışıq və Ali Baş Komandan kimi Sizin əmrinizi gözləyirik. Tanrı Sizi və xalqımızı qorusun!”.
Şəki sakini Rauf Ağayev yazır:
“Hörmətli Prezident, cənab Ali Baş Komandan, hazırda məhkumluq həyatı yaşayıram. Televiziya vasitəsilə cəbhədə gedən hərbi əməliyyatları davamlı olaraq izləyirəm. Ordumuzun düşmən işğalından azad etdiyi kəndləri, şəhərləri gördükcə çox qürurlanıram. Buna görə Sizə və Ordumuza minnətdaram. Lakin ermənilərin bizim dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri gördükcə, şəhid olmuş günahsız körpələrin, anaların qisasını almaq hissi məni bir an belə rahat buraxmır. Cənab Ali Baş Komandan, bildirmək istəyirəm ki, igid əsgərlərimizlə birlikdə döyüşmək üçün hər an əmrinizə hazıram”.
Bərdə sakini Fərman Əkbərli:
“Əziz Prezidentim, mənim adım Fərmandır, 12 yaşım var. Bərdə şəhərində yaşayıram. Mən fəxr edirəm ki, Sizin kimi Prezidentimiz var. İnşallah, torpaqlarımız azad ediləcək, çünki bizim igid əsgərlərimiz var. Düşmənlərimiz xain və acgözdürlər. Biz onlara qalib gələcəyik. Qarabağ bizimdir, bizim olacaq! Qarabağ Azərbaycandır!”.
Zəngilan sakini Ruslan Şirinov:
“Hörmətli Ali Baş Komandanımız, şanlı Azərbaycan Ordusu 29 il həsrətini çəkdiyim, doğma torpağım olan Zəngilan rayonunu mənfur işğalçı düşmənlərdən azad etdi. Ailəm adından Sizə və şanlı Ordumuza minnətdarlığımızı bildirirəm. İnşallah, tezliklə Bayrağımız Qarabağda dalğalansın. Biz Sizinlə fəxr edirik! Uca Tanrı Sizi və Ordumuzu qorusun!”.
Ağdam sakini Elbrus Abdullayev:
“Möhtərəm cənab Prezident, Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərinin, Hadrut qəsəbəsinin və bir sıra kəndlərimizin işğaldan azad olunması münasibətilə Ağdam rayon əhalisi adından Sizi təbrik edirəm. Torpaqlarımızın azad olunacağına ümidimizi heç vaxt itirməmişdik. Çünki Sizin rəhbərliyinizlə ölkəmizin iqtisadi baxımdan inkişafı, ordumuzun qüdrətlənməsi və onun maddi-texniki bazasının möhkənləndirilməsi bizi nikbin düşünməyə sövq edirdi. Bu nailiyyətlərin sonda bizi Qarabağa aparacağına tam qəlbimizlə inanırdıq. Nəhayət, həmin gün gəlib çatdı. Bu gün biz addım-addım Qarabağa doğru gedirik. “Hər işin başı səbirdir” – deyirlər. Biz 30 il dözdük, səbir etdik, möhkəmləndik və bu da nəticəsi... Cənab Prezident, Sizdən tezliklə Şuşanın, Xankəndinin azad olunduğu xəbərlərini gözləyirik. Ulu Tanrı hər bir işinizdə köməyiniz olsun”.
Qusar rayonundan Şahin Ağabalayev dövlətimizin başçısına yazır:
“Möhtərəm cənab Prezident, Zəngilan şəhərinin və ətraf kəndlərinin erməni işğalından azad edilməsi haqqında verdiyiniz zəfər soraqlı xoş xəbər bütün xalqımız kimi, qusarlıları da hədsiz sevindirmişdir. Sizin komandanlığınızla şanlı ordumuz tarixin yeni silinməz səhifələrini yazır, mümkünlüyü çətin olan xarüqələr yaradır. Artıq ordumuz qələbənin astanasındadır. Xalqımızın 30 ildir gözlədiyi torpaqlarımızın düşmən tapdağından azad edilməsi arzusu artıq reallığa çevrilir. Düşmən üzərində qazandığımız qələbələr Sizin bilavasitə cəsarətiniz, uzaqgörənliyiniz və polad iradənizin gözəl nəticələridir. Tanrı Sizi qorusun. Qələbə bizimdir, Qarabağ Azərbaycandır!”.
Şəki sakini Nicat Qurbanzadə:
“Hörmətli cənab Prezident, hamılıqla Qarabağ uğrunda yürütdüyünüz siyasəti dəstəkləyirik. Bu gün mübarizənin ölkəmizin lehinə davam etməsi Sizin uğurlu siyasətinizin və qüdrətli Azərbaycan Ordusunun yüksək döyüşkənlik əzmində olmasının nəticəsidir. İnanırıq ki, tezliklə tarixi torpaqlarımız tam geri alınacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Sizin kimi dəyanətli, qətiyyətli dövlət başçımız, Prezidentimiz olduğu üçün özümüzü çox qürurlu hiss edirik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Zaqatala sakini Hüseyn Qazıxanov:
“Hörmətli Prezident, cənab Ali Baş Komandan, Sizi və bütün Azərbaycan xalqını torpaqlarımızın azad olunması uğrunda erməni qəsbkarları ilə gedən döyüşlərdə qazandığımız uğurlara görə təbrik edirəm.
Hər dəfə televiziya ilə torpaqlarımızın azad olunması barədə verdiyiniz məlumatlar bizi ziyalıları çox qürurlandırır. Sizin uzaqgörən siyasətinizi dəstəkləyirəm. İşğal olunmuş hər bir qarış torpağın azad olunması, Azərbaycanın çiçəklənməsi naminə Sizin ətrafınızda yumruq kimi birləşdiyimizi əminliklə bildirirəm. Cənab Prezident, Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri kimi biz – saxurlular da Sizinlə fəxr edir, Azərbaycanın xoş gələcəyi naminə Sizə, əsgər və zabitlərimizə cansağlığı arzu edirik. Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə, bütün qalan şəhər və kəndlərdə dalğalanması ümidi ilə Tanrı Sizə yar olsun”.
Gəncə şəhərindən Natiq Bayramov yazır:
“Hörmətli cənab Prezident, nəhayət illərdir işğal altında qalan torpaqlarımız Sizin qətiyyətiniz, şücaətiniz və uzaqgörən siyasətiniz sayəsində yadelli işğalçılardan azad olunur. Bütün xalq əmindir ki, tezliklə yağı düşmən torpaqlarımızdan qovulacaq, o torpaqlar öz əzəli və əbədi sahiblərinə qovuşacaq. Mən birinci Qarabağ müharibəsində iştirak etmişəm və Qarabağ veteranıyam. Yenidən könüllü olaraq cəbhəyə getmək üçün rəsmi qeydiyyatdan keçdim. Lakin yaşıma və qismən səfərbərlik olduğuna görə aparmadılar. Cənab Ali Baş Komandan, bir daha öz bilik və təcrübəmi doğma Vətənimin erməni işğalçılarından azad edilməsinə sərf etməyə hazır olduğumu bildirirəm. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Füzuli sakini Mənsur Əliyev:
“Hörmətli Prezident, cənab Ali Baş Komandan, işğal altında olan torpaqlarımızın azad edilməsi, Vətənimizin bütövləşməsi uğrunda apardığınız müdrik siyasət öz bəhrəsini verir. Bu gün Azərbaycanın üçrəngli bayrağı Füzulidə, Cəbrayılda, Zəngilanda dalğalanır. İnşallah, tezliklə Azərbaycanın digər dilbər guşələri də azad olunacaq. Ulu Tanrı Sizi və Azərbaycanın müzəffər Ordusunu qorusun. Qarabağ bizimdir!”.
Naxçıvandan İmaməli Məmmədov:
“Cənab Ali Baş Komandan, Vətənimizin bütövlüyü, torpaqlarımızın yağı düşməndən təmizlənməsi uğrunda apardığınız qətiyyətli siyasətiniz hər bir vətəndaşımızın ürəyindən xəbər verir. Sizə və komandanlığınız altında vuruşan igid əsgər və zabitlərimizə bu haqq işində yeni-yeni zəfərlər, qələbə sevincləri arzu edirəm. Bütün naxçıvanlılar kimi, mən də hər an cəbhəyə getməyə, Vətən uğrunda döyüşərək canımdan, qanımdan keçməyə hazıram. Yaxşı ki, Sizin kimi Prezidentimiz var. Hər bir azərbaycanlı Sizinlə qürur duyur. Allahdan Sizə möhkəm cansağlığı, hər zaman ucada olmağı arzu edirəm”.
Bakı şəhər sakin Sabir Alışov:
“Hörmətli cənab Prezident, üç cəbhədə Azərbaycan xalqı naminə uğur qazandığınıza görə Sizə minnətdaram və Sizi təbrik edirəm. Bəli, Siz eyni zamanda 3 cəbhədə vuruşursunuz. Koronavirusla mübarizə, informasiya müharibəsi və hazırda torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlər. Böyük və Qadir Allahın köməyi ilə uğurlar əldə edirik. Sizin zəhmətinizi Allah yerdə qoymaz. Mən bir sadə vətəndaş kimi bütün ziyalılarımızdan xahiş edirəm ki, informasiya müharibəsində öz güclərindən maksimum istifadə etsinlər. Ləyaqətli xalqımın ləyaqətli rəhbəri, on milyonluq xalqımın arzusudur ki, Yeni ili Şuşada, Xankəndidə qeyd edək. Haqq-ədalət bizimlədir, Qələbə də bizimlə olacaqdır! Qələbəyə doğru İlhamla irəli!”.
Şamaxı sakini Anar Xanaliyev:
“Möhtərəm Prezident, cənab Ali Baş Komandan, bu gün Sizin rəhbərliyinizlə bizim şanlı Ordumuz düşmənə qalib gəlir, bizə qələbə, zəfər əzmini yaşadır və biz bundan qürur duyuruq. Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz və Ali Baş Komandanımız var. Siz həmişə xalqa, ölkəmizə qayğı göstərir, çətinlikləri üzərimizdən yox edirsiniz. Ona görə də hər zaman xalq Sizi sevib və Sizə güvənib. Siz xalqın böyük sərkərdəsi, Milli Qəhrəmanımızsınız. “Qarabağ Azərbaycandır!” deyib bizi Qələbəyə doğru apardınız. Mən Sizi çox sevirəm və qürur hiss keçirirəm ki, azərbaycanlıyam, Siz isə Azərbaycanın Prezidentisiniz. Şanlı Ordumuz qazandığı qələbələr məni də böyüyəndə hərbçi olmağa ruhlandırır. Bu zəfəri bizə yaşatdığınız üçün Sizə minnətdaram, cənab Prezident. Mən Sizinlə və şanlı Ordumuzla fəxr edirəm”.
Culfadan Nahid Babayev yazır:
“Hörmətli Prezident, cənab Ali Baş Komandan, Sizi həyata keçirdiyiniz uğurlu siyasət münasibətilə təbrik edirəm. 30 ilə yaxın bir müddətdə ev-eşiyindən didərgin düşmüş 1 milyondan çox məcburi köçkün Sizin və rəşadətli Ordumuzun hünəri sayəsində öz yurd-yuvasına qayıdacaq. Cənab Prezident, Sizin çıxışlarınızı və verdiyiniz müsahibələri dinlədikcə biz daha da qürrələnirik. Fəxr edirik ki, bizim güclü Liderimiz və qüdrətli Ordumuz var. Allah Sizi və hazırda cəbhəboyu inamla irəliləyən qəhrəman əsgərlərimizi qorusun! Allah amanında. Qarabağ Azərbaycandır!”.
Füzuli sakini Rəhman Rüstəmov:
Hörmətli Prezident, cənab Ali Baş Komandan, bütün ailə üzvlərim adından Sizə dərin minnətdarlığımızı bildirirəm. Doğma Füzulimizin hər qarışının artıq azad olunduğunu düşündükcə qəlbimiz dağa dönür.
Hörmətli Ali Baş Komandan, Azərbaycanın işğal olunmuş torpaqlarını murdarlardan təmizlədiyiniz üçün Sizə canımız və qanımızla borcluyuq. Eşq olsun Prezidentimizə!”.шаблоны для dle 11.2



Ən çox oxunanlar