Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Tezliklə Şuşada Azərbaycan bayrağı qaldırılacaq - Spiker

Baxılıb: 850     Tarix: 06-11-2020 11:37   

Erməni vandalizmi nəticəsində işğal edilən əraziləmizin böyü bir hissəsi uğurlu hərbi əməliyyatlar nəticəsində azad olundu. Artıq Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan şəhərlərində, qəsəbə və kəndlərimiz işğaldan azad olunub.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə çıxışı zamanı deyib.
Spiker əlavə edib ki, Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü təmin etmək üçün iş aparır:
“Qırx gündən artıqdır ki, hərbi əməliyyatlar gedir. Ermənilərin son 30 ildə yaratdığı cəbhə xətti darmadağın edilib, düşmənin hava hücumundan müdafiə sistemləri sıraadan çıxarılıb”.
Milli Məcliss sədri Azərbaycanın ciddi diplomatik uğurlar da əldə etdiyini vurğulayıb, xatırladıb ki, məhz bu fəaliyyətin nəticəsində Ermənistan pis vəziyyətə düşüb.
Spiker qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü və süverenliyini təmin edəcək gün uzaqda deyil:
“Tezliklə Şuşa şəhərində, həmçinin Xankəndində, Laçında Azərbaycan bayrağı qaldırılacaq. Prezidentin yorulmaz fəaliyyəti hər bir kəsə-biz deputatlara da nümunədir. Ali Baş Komandan dediyi kimi biz haqq yolundayıq, qalib gələcəyik, haqq uğrunda mübarizə aparırıq. Yaşasın Azərbaycan Ordusu! Qarabağı Azərbaycandır!”



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar