FƏRHAD MƏMMƏDOV – 66
Baxılıb: 1 111 Tarix: 29-11-2020 19:02
“Qanun və Hədəf” ictimai-siyasi hüquq qəzetinin əməkdaşı, təcrübəli jurnalist Fərhad Məmmədovun 66 yaşı tamam olur. Məmmədov Fərhad Nəhmət oğiu 1954- cü ildə Cəlilabad rayonunda anadan olub. Fərhad müəllimin aktual məsələlərə həsr etdiyi köşə yazıları, ələlxüsus da hal-hazırda yaşadığı Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi həyatı ilə bağlı məqalələri oxucularımız tərəfindən maraqla izlənilir. Hələ də qələmindəki gənclik təravətini qoruyub-saxlayan Fərhad Məmmədov təcrübəsini gənc həmkarları ilə həvəslə bölüşür, eyni zamanda daim öz üzərində çalışır, müasir jurnalistikanın çağırışlarına uyğun yeni bilgiləri cavanlara xas enerji ilə mənimsəyir.
"Qızıl Qələm", "Azərbaycanın Fəxri Bayrağı", Xalqın nüfuzlu ziyalısı", "Həsən bəy Zərdabi" adına media mükafatlarının laureatıdır.
Fərhad Məmmədova “jurnalist fəaliyyətində əldə etdiyi uğurlu nəticələrə, peşə etikasının tıələblərinə riayət etdiyinə, seçdiyi mövzulara yanaşmada obyektiv, qərəzsiz mövqeyinə görə “Qanun və Hədəf” qəzetinin Fəxri Diplomu təqdim edilmişdir.
Fərhad Məmmədovu Ad günü münasibətilə təbriik edir, ona əzizlərinin əhatəsində uzun ömür, möhkəm can sağlığı, peşə fəaliyyətində uğurlar arzulayırıq.
“”Qanun və Hədəf” qəzetinin kollektivi adından,
Baş redaktor: Mehman Məhərrəmoğlu
Ən çox oxunanlar
Son xəbərlər