Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Faşistlərin qəhrəmanlaşdırılması yolverilməzdir

Baxılıb: 209     Tarix: 02-02-2022 12:19   

Yanvar ayının 30-da Azərbaycan Prezidenti İlham Əliyevin Gəncə şəhərinə növbəti səfəri əlamətdar hadisələrlə yadda qaldı. Səfər çərçivəsində dövlətimizin başçısı bir sıra obyektlərin təməlqoymasında iştirak etdi, eləcə də açılışlar etdi.
18 illik Prezidentlik müddətində 18-ci dəfə Gəncəyə səfər edən ölkə rəhbərinin hər bir səfəri Gəncə şəhərinin daha da inkişafı ilə bağlı mühüm addımların atılmasını özündə ehtiva edir.
44 günlük Vətən müharibəsi zamanı Ermənistan hərbi cinayət törədərək döyüş bölgəsindən xeyli uzaqda yerləşən Gəncə şəhərini bir neçə dəfə qadağan olunmuş silahlardan atəşə tutub. Bu cinayətin nəticəsində Gəncədə 6-ı uşaq olmaqla 26 mülki vətəndaş erməni faşizminin qurbanı oldu.
Qanlı cinayətin törədildiyi vaxtdan həmin məkan insanların ziyarət yeri olub, həmçinin xarici qonaqların səfərləri təşkil olunub. Prezident İlham Əliyev Gəncəyə səfəri zamanı isə həmin ərazidə inşa olunacaq sahəsi 4 hektar olacaq Memorial Kompleksin təməlini qoyub. Kompleksin layihəsinə əsasən erməni hücumu nəticəsində dağıdılmış binalar olduğu kimi qalacaqdır. Bu qanlı terror hadisəsi bizim qan yaddaşımızdır, bu yaddaş silinməməlidir və tariximizdə olduğu kimi yaşamalıdır. Azərbaycan xalqı regionda sülhün bərqərar olmasını istəyir. Lakin ermənilərin törətdiyi cinayətlər, vəhşiliklər heç vaxt unudulmamalıdır. Bu baxımdan, Gəncədə yaradılacaq Memorial Kompleks böyük əhəmiyyətə malikdir. Bu kompleks hər zaman vətəndaşlarımızın və əcnəbi qonaqların ziyarət etdiyi məkan olacaq. Bununla da, gələcək nəsillər də erməni faşizminin qanlı əməllərinin şahidi olacaqlar.
Azərbaycan 44 günlük Vətən müharibəsində erməni faşizmini məğlub etdi. Gəncəyə səfəri çərçivəsində Prezident İlham Əliyevin AZƏRTAC-a verdiyi müsahibə zamanı qeyd etdiyi kimi, biz erməni faşizmini məğlub etdik, ancaq o, məhv edilməyib. Bu gün Ermənistanda faşistlər qəhrəmanlaşdırılır. İkinci Dünya müharibəsində faşistlərə xidmət edən Njdeyə Ermənistanın paytaxtında abidə ucaldılıb. Təbii ki, bu fakt faşizmin təbliğatıdır. Bu gün isə Ermənistanın keçmiş faşist rəhbərləri, uşaq qatilləri Sarkisyan, Köçəryan revanşist iddialarla çıxış edirlər. Beynəlxalq ictimaiyyət faşizmin bütün təzahürlərinə qarşı mübarizə aparmalıdır. O cümlədən, erməni faşizminin bütün təzahürləri məhv edilməlidir. Əks halda, bəşəriyyət gələcəkdə də bu bəladan əziyyət çəkəcək. Əgər erməni faşizmi baş qaldırarsa, Azərbaycana təhlükə yaradarsa yenə də başları üzərində dəmir yumruğu görəcəklər. Bütövlükdə isə, faşizmin bütün əlamətlərinə qarşı dünya ictimaiyyəti mübarizə aparmalıdır. Çünki faşizm bəşəriyyətə qarşı bir cinayətdir. Ona görə də, bütün ölkələr bu mübarizədə fəal olmalıdır.

Həcər Verdiyeva - AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, Tarix elmləri doktoru, professor

Qanunvehedef.azшаблоны для dle 11.2