Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Mehriban xanım Əliyevanın YAP sədrinin birinci müavini təyin edilməsi Azərbaycanın dövlət siyasətində qadına göstərilən etimadın, diqqətin təcəssümü idi

Baxılıb: 585     Tarix: 03-03-2022 14:47   
 
Öz fəaliyyəti sferasında bu əqidəyə həmişə sadiq qalan Mehriban xanım Əliyeva Birinci vitse-prezident postunda da eyni məsuliyyətlə çalışır. Vəzifəyə təyin olunduğu gündən ötən 5 il müddətində bu sahədə də  müsbət nəticələr əldə olunmuş, Birinci vitse-prezidentlik institutu idarəetmənin səmərəliliyini, çevikliyini artırmışdır.

Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva ilk növbədə təşəbbüskarlığı ilə fərqlənib. Onun təşəbbüsü ilə ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təmin olunması istiqamətində reallaşan layihələr təhsildə  demokratik prinsipin davamlılığını təmin edib. Ölkə əhalisinin sağlamlığının qorunması məsələsini daim diqqətdə  saxlayan Azərbaycanın Birinci vitse-prezidenti sosial baxımdan həssas əhali qruplarının problemlərinin həlli istiqamətində  də uğurla fəaliyyət göstərir.

Azərbaycan mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələrinin dünyada tanıdılması, idman hərəkatının davamlılığının təmin edilməsi, ekoloji problemlərin həllinə dəstək göstərən Mehriban xanım Əliyeva Vətən müharibəsindən sonra işğaldan azad olunan torpaqların bərpasında da humanitar missiyasını davam etdirir.

Mehriban xanım Əliyeva Birinci vitse-prezident vəzifəsinə təyin olunanadək artıq cəmiyyətdə kifayət qədər nüfuz sahibi idi.
Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, 2005-ci ildən 2017-ci ilə qədər Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan  Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti Mehriban xanım Əliyevaya  xalq arasında böyük hörmət qazandırmışdı. Effektiv təşkilatçılıq, peşəkar qərarların qəbul olunması, çeviklik onun  bu uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdir. Ötən müddət ərzində keçirilən tədbirlərin siyahısına nəzər salsaq, onun genişmiqyaslı fəaliyyətinin mənzərəsi daha aydın görünür.

Azərbaycan və dünya ictimaiyyəti 2017-ci ildə Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları zamanı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətinin bir daha şahidi oldu. 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi tarixi hadisə olmaqla, həm də Birinci vitse-prezidentin təşəbbüskarlığının, prinsipiallığının nəticəsi kimi də əhəmiyyətlidir. Mehriban xanımın təşkilatçılığı ilə həyata keçirilən bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə Azərbaycanın ev sahibliyi etməsini də ictimaiyyət Birinci vitse-prezidentin yüksək təşkilatçılıq bacarığının, məqsədyönlülüyünün  nəticəsi kimi qəbul edir, dəyərləndirir.

Bu gün ümummilli lider Heydər Əliyevin irsinin yaşadılması istiqamətində də onun xüsusi xidmətləri var. Mehriban xanım Əliyeva ulu öndərin siyasi irsinə həmişə sadiq olduğunu əməli fəaliyyətilə sübut edir. 2021-ci il martın 5-də Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini təyin edilməsi, hər şeydən əvvəl ona göstərilən yüksək etimad idi. Digər tərəfdən, ulu öndər Heydər Əliyevin siyasi irsinə sadiqliyin,
Azərbaycanın dövlət siyasətində qadına göstərilən etimadın, diqqətin təcəssümü idi.

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə çox hörmətli Mehriban xanım Əliyevanı və Onun şəxsində bütün Azərbaycan qadınlarını təbrik edirəm!

 Şahin Şirinzadə, Şəki Dövlət Peşə Təhsili Mərkəzinin direktoruшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar