Kuleba Çavuşoğlu ilə Lavrovla danışıqlarını müzakirə edəcək
Baxılıb: 646 Tarix: 17-03-2022 13:03
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bu gün Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu ilə görüşəcək.
Qanunvehedef.az-ın “Ukrinform”a istinadən məlumatına görə, bu barədə Kulebanın özü məlumat verib.
O, türkiyəli həmkarı ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqların sonrakı taktikasını müzakirə etməyi planlaşdırdığını bildirib: “Onunla (Çavuşoğlu - red.) birlikdə prosesin sonrakı gedişatından danışacağıq. Mən həmişə təsdiq etmişəm ki, xarici işlər nazirləri (Rusiya Federasiyası və Ukrayna - red.) səviyyəsində danışıqlara hazıram, bir şərtlə ki, cənab Lavrov məsələlərin əsaslı müzakirəsinə və konkret problemlərin həllinə hazır olsun”.
Qeyd edək ki, M. Çavuşoğlu ötən gün Moskvada S. Lavrovla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib ki, Ukraynada axan qana son qoyulmalıdır. Türkiyəli nazir qeyd edib ki, Ankara Ukraynadakı vəziyyətin diplomatik yolla nizamlanmasına inanmaqda davam edir. Onun sözlərinə görə, Türkiyə Belarusda Rusiya-Ukrayna danışıqlarını dəstəkləyir və bu görüşlərin nəticə verməsini gözləyir.
Xatırladaq ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların birinci raundu fevralın 28-də Belarusun Qomel vilayətində keçirilib, görüş beş saat davam edib. Tərəflər daha sonra martın 3-ü Belovejskaya Puşçada və martın 7-si isə Brest vilayətində görüşüblər.
Martın 10-da Antalyada keçirilən diplomatik forum çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrovla Dmitri Kuleba arasında görüş keçirilib.
Hazırda danışıqlar videobağlantı vasitəsilə gündəlik formatda aparılır.
Ən çox oxunanlar
Son xəbərlər