Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Səfər Mehdiyev vətəndaşları qəbul edəcək

Baxılıb: 512     Tarix: 28-03-2022 12:14   

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev martın 30-da saat 10:00-da Abşeron rayon Heydər Əliyev Mərkəzində (Xırdalan şəhəri, Qalubiyyə küç.) Abşeron və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qanunvehedef.az xəbər verir ki, qəbul zamanı Abşeron və Zəngilan rayonları sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00) ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.
Xatırladaq ki, qəbul pandemiya tələblərinə uyğun olaraq keçiriləcək. Belə ki, qəbulda peyvənd və yaxud immunitet sertifikatı, həmçinin COVID-19-a qarşı peyvəndə əks-göstəriş sertifikatı olan vətəndaşlar iştirak edə bilər.шаблоны для dle 11.2