Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycanlı tələbə ABŞ universitetindən 90 min dollar təqaüd qazanıb

Baxılıb: 219     Tarix: 14-04-2022 11:26   
 
Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Rəşad Əhmədov ABŞ-nin 4 universitetinin doktorantura pilləsində tam təqaüdlə təhsil almaq imkanı qazanıb.
BANM-dən verilən məlumata görə, o, müraciət etdiyi Tuleyn Universiteti (Tulane University), Stevens Texnologiya İnstitutu (Stevens Institute of Technology), Roçester Universiteti (University of Rochester) və Konnektikut Universitetinin (University of Connecticut) hər birindən müsbət cavab alıb.
Bu universitetlər Rəşad Əhmədovun tam təqaüdlə Kimya mühəndisliyi ixtisasının doktorantura pilləsində təhsil almaq müraciətini qəbul ediblər.
BANM-in tələbəsi imkanları qiymətləndirərək ABŞ universitetləri arasında reytinqinə görə 34-cü pillədə yerləşən Roçester Universitetini seçib. Onun bu Universitetdən qazandığı təqaüdün məbləği 90 min ABŞ dolları təşkil edir.
Qeyd edək ki, Rəşad Əhmədov 2017-ci ildə Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasına 677 balla daxil olub.

 Qanunvehedef.az
шаблоны для dle 11.2