Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Dövlət Komitəsi 510 məcburi köçkünü məhkəməyə verib

Baxılıb: 251     Tarix: 14-04-2022 12:44   

"Məcburi köçkünlər üçün verilən mənzillərdə yaşamayanların monitorinqi davam etdirilir"."Report"un xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol" adlı kitabın təqdimat mərasimində deyib.
"Məcburi köçkünlərin hər biri mənim üçün əziz adamdır. Bəzən elə hallar olur ki, məcburi köçkünlərin mənzilləri öz adlarına olmur, yataqxanada yaşayırlar. Bu da köçürülmə zamanı nəzərə alınırdı. Ancaq biz sonradan görürdük ki, onlar həmin evlərdə yaşamırlar. 510 belə məhkəmə müraciətimiz var. Məhkəmə qərar çıxardıqca bizdə siyahısı olan məcburi köçkün, şəhid və qazi ailələri həmin mənzillərə yerləşdirilirlər. Bu, asan məsələ deyil. Bu hallar Bakıda və rayonlarda olan qəsəbələrimizdə var", - o vurğulayıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar