Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Baş Prokurordan yeni təyinatlar

Baxılıb: 324     Tarix: 20-04-2022 16:05   

Xocalı, Daşkəsən və Tovuz rayonlarına yeni prokurorlar təyin edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.
Xocalı rayon prokuroru Şahin İmanov tutduğu vəzifədən azad olunaraq Daşkəsənə prokuror təyin edilib. Daşkəsən rayon prokuroru Maarif Hüseynov isə Tovuz rayonuna prokuror göndərilib.
Baş Prokurorun digər əmri ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Əvəz Əliyev Xocalı rayonuna prokuror təyin edilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar