Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Avropada Azərbaycanı görməyən, azərbaycanlı olan bir nəsil yetişir”

Baxılıb: 476     Tarix: 22-04-2022 15:46   

Vətən anlayışı, millətin taleyi anlayışı ortaya gələndə bizim diasporumuz dəmir yumruq kimi birləşə bilir və onların yumşaq gücü çox qüvvətlidir. Azərbaycan diasporunun bugünkü fəaliyyətini cənab Prezident çox yüksək qiymətləndirdi”.
Qanunvehedef.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Dünya Azərbaycanlılarının V Qurultayında “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi” mövzusunda panel çıxışı zamanı bildirib.
O, yeni nəsil diaspor nümayəndələrinin yetişdirilməsi məsələsinə diqqət çəkib: “10-15 ildən sonra Azərbaycan diasporunun fəaliyyəti necə olacaq? Siz sonrakı diaspor nəslini böyüdəcək insanlarsınız. Yaşadığı ölkədən, danışdığı dildən, olduğu mühitdən asılı olmayaraq bir neçə xüsusiyyət var ki, onlar dəyişmir. Ana dilimiz, tariximiz, vətənimiz, milli mənəvi dəyərlərimiz hər zaman dəyişməz olaraq qalır. Siz real olaraq həyatınızın müəyyən dövründə Azərbaycanda yaşamısınız, bura sizin beyninizdədir, ürəyinizdədir. Ancaq Avropada fiziki olaraq Azərbaycanı görməyən, ancaq azərbaycanlı olan bir nəsil yetişir. Onları nə birləşdirəcək? Strateji hədəflər var ki, onlar heç zaman dəyişmir. Amma onların böyüdüyü mühit, aldıqları təhsil fərqlidir. Qoy onlar azərbaycanlı olduqlarını heç zaman unutmasınlar, beyinlərindən heç zaman silinməsin. Bizi düşündürən də budur və hazırkı diaspordan sonra gələn nəsilin necə olacağı əhəmiyyətli məsələdir. İstəyirəm ki, onlar da sizin kimi, Qarabağın cəfasını çəkən qədər güclü bir nəsil olsunlar. Bu kontekstdə yol xəritəsi olmalıdır”.
Fərəh Əliyeva vurğulayıb ki, diasporumuzun akademik səviyyəsinin dərinləşdirilməsi bu gün aktual məsələdir.шаблоны для dle 11.2