Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Zelenskinin ofis rəhbəri Qərb liderlərinin müşavirləri ilə videokonfrans keçirib

Baxılıb: 239     Tarix: 04-05-2022 14:35   

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak ABŞ, Britaniya, Almaniya və Fransa liderlərinin milli təhlükəsizlik məsələləri üzrə müşavirləri ilə videokonfrans keçirib.
APA xəbər verir ki, bu barədə Andrey Yermak "Twitter"də bildirib.
“ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceykob Sallivan, Böyük Britaniya Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Stiven Lavqrov, Almaniya Federal Kanslerinin Xarici Əlaqələr üzrə müşaviri Yens Plötner və Fransa Prezidentinin Kontinental Avropa və Türkiyə üzrə müşaviri İzabelle Dümonoun iştirakı ilə videokonfrans keçirdik.
Mən cəbhədə baş verən hadisələr, Mariupoldan təxliyə missiyası haqqında onları məlumatlandırdım. Biz Rusiyaya qarşı növbəti sanksiyalar paketinə hazırlığı və Ukrayna üçün gələcək təhlükəsizlik təminatlarını müzakirə etdik”, - Yermak qeyd edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}